Dağlı Mətbəxinin Südlü Xəşili “Həsü”

Xəşil -qış aylarının doyurucu, səhər yeməyi kimi süfrəyə verilən ləziz yeməyidir. Dağlı mətbəxində isə xəşilin həm adı, həm də dadı bir başqa olur. Evdar.az Dağlı mətbəxinin südlü xəşili "Həsü"nün reseptini təqdim edir.

Dağlı Mətbəxinin Südlü Xəşili "Həsü"

Südlü Xəşilin tərkibi:

  • 2 stəkan süd (250 ml-lik stəkanla)
  • 1 stəkan su (250 ml)
  • 180 qr buğda unu (1 stəkan + 2-3 xörək qaşığı)
  • çimdik duz

Üzəri üçün:

  • doşab
  • kərə yağı

Südlü Xəşilin hazırlanma qaydası:

Bir qazana süd və suyu töküb isidin. Üzərinə buğda unu və çimdik duzu da əlavə edib tel çırpıcıyla dayanmadan topaq qalmayana qədər qarışdırın. Xəşili qatılaşanadək qarışdıraraq bişirin. Bişən xəşili boşqablara çəkib üzərinə doşab və kərə yağı gəzdirib süfrəyə verin. Zövqə görə xəşilə doşab əvəzinə şəkər tozu və ya bal əlavə edə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)