Damağınıza Dad Gətirəcək Möhtəşəm Çeşmi-Nigar Şorbası

Çeşmi-Nigar şorbası Osmanlı mətbəxinin dadlı reseptləri arasında yer alan bir yeməkdir. Şam yeməyinə möhtəşəm bir şorba bişirmək istəyirsinizsə, bu resepti mütləq sınamalısınız. Evdar.az fərqli şorba resepti axtaranlar üçün bu dadlı şorbanın reseptini təqdim edir.

Damağınıza Dad Gətirəcək Möhtəşəm Çeşmi-Nigar Şorbasının tərkibi:

  • 1 ədəd orta ölçülü soğan
  • 2 xörək qaşığı bitki yağı
  • 2 xörək qaşığı un
  • 1 stəkan qırmızı mərcimək
  • 8 stəkan su
  • 2 ədəd kiçik yumurta sarısı
  • 1/2 (yarım) limonun suyu
  • 1 stəkan süd
Üzəri üçün:
  • 2 xörək qaşığı kərə yağı
  • 1 çay qaşığı pomidor tomatı

Damağınıza Dad Gətirəcək Möhtəşəm Çeşmi-Nigar Şorbasının hazırlanma qaydası:

Kub-kub doğradığınız soğanları bitki yağında qovurun. Soğanlar qızardıqdan sonra unu əlavə edib qoxusu çıxana qədər qovurun. Sonra suyu və mərciməkləri əlavə edib bişənə qədər qaynadın. Başqa bir qabda yumurta sarısı, limon suyu və südü yaxşıca çırpın. Mərciməklər bişdikdən sonra ocaqdan götürüb blenderdan keçirin və yavaş-yavaş qarışdıraraq yumurtalı qarışığı əlavə edin. 5 dəqiqə qızdırıb ocaqdan götürün. Üzəri üçün kərəyağını bir tavada qızdırın və tomat əlavə edib ocaqdan götürüb qarışdırın. Şorbanı süfrəyə verdikdə yağı üzərinə tökün.
Nuş Olsun!
Servings: 1 yield(s)