Ən Təmbəl Keks Resepti

Cəmi bir neçə məhsulla təxminən 30 dəqiqəyə ləziz bir keks hazırlaya bilərsiniz. Evdar.az təmbəl keksin reseptini təqdim edir.

Ən təmbəl keks resepti

Təmbəl keksin tərkibi:

  • 1.5 stəkan un
  • 1,5 stəkan manna yarması
  • 1 stəkan şəkər tozu
  • 1 paket qabartma tozu
  • 1 paket vanil
  • 8-9 ədəd alma
  • 2 xörək qaşığı şəkər tozu
  • darçın tozu
Sousu üçün:
  • 1 xörək qaşığı kərə yağı
  • 1,5 stəkan süd
Üzəri üçün şəkər kirşanı

Ən təmbəl keksin hazırlanma qaydası:

Dərin bir qaba un, manna yarması, şəkər tozu, qabartma tozu və vanil töküb qarışdırın. Almaları sürtgəcdən keçirib üzərinə 2 xörək qaşığı şəkər tozu və darçın səpib qarışdırın. Keksi bişirəcəyiniz qəlibə ilk öncə quru qarışığın yarısını  töküb hamarlaşdırın. Quru qarışığın üzərinə darçınlı almanı yarısını töküb yayın. Yenidən quru qarışığın yarısını töküb, üzərinə almaların qalan hissəsini töküb yayın. Ən sonda qalan quru qarışığı da töküb hamarlaşdırın.  Daha sonra taxta qaşığın arxa hissəsiylə keksin üzərində 10 yerdən dəliklər açın. Başqa bir qabda kərə yağı və südü qızdırıb keksin üzərinə tökün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin. Bişirib soyutduqdan sonra keksin üzərinə şəkər kirşanı səpib süfrəyə verin.
Nuş Olsun!
Servings: 1 yield(s)