Fərahladan Ləzzət: Şəkərsiz Limonad

İsti yay günlərində yüngül və ləzzətli içki içmək istəyənlər bu resepti mütləq sınamalıdır. Evdar.az şəkər qəbulundan imtina edənlər üçün şəkərsiz limonad reseptini təqdim edir.

Şəkərsiz Limonadın tərkibi:

  • 2 ədəd limon suyu
  • 1 çimdik stevia yaprağı
  • 1 stəkan  (200ml) su
  • bol buz

Şəkərsiz Limonadın hazırlanma qaydası:

Stevia yarpağı qan şəkərini artırmayan şəkər dadlı bir bitkidir. Stevia otunu 1/2 stəkan suda qaynadın. 5 dəqiqə dəmləyin və soyumasını gözləyin (limonadınızı daha şirin istəsəniz, steviyanın miqdarını artıra bilərsiniz). Bir stəkana limon suyu, dəmlənmiş stevia otu, su və buz əlavə edib qarışdırın.
Nuş Olsun!
Servings: 1 yield(s)