Balın təbii ləzzətini qəhvə ilə birləşdirdikdə ortaya möhtəşəm bir dad çıxır. Bu ikili qarışdıqda dadla yanaşı faydalı təsir göstərir. Ballı içki öskürəyi aradan qaldırır, bədəni sərbəst radikallardan və ya zərərli maddələrdən qoruyur, immunitet sistemini gücləndirir, bədənə enerji verir . Həm də soyuqdəymə və qrip kimi xəstəliklərdə ağrıkəsici xüsusiyyətə malikdir. Evdar.az həm faydalı, həm də dadlı ballı qəhvənin reseptini təqdim edir.
Faydalı və Dadlı İçki - Ballı Qəhvə
Ballı Qəhvənin Tərkibi:
- 1 xörək qaşığı bal
- 1 çay qaşığı üyüdülmüş dənəvər qəhvə
- 150 ml qaynar su
- 150 ml soyuq süd (zövqə görə badam südü, yulaf südü və ya laktozsuz süd)
Ballı Qəhvənin hazırlanma qaydası:
Bir qabda balı rəngi açılana qədər mikserlə yaxşıca çırpın. Sonra üzərinə üyüdülmüş dənəvər qəhvə və isti su əlavə edib təxminən 5 dəqiqə köpüklənə qədər çırpın. Böyük bir qəhvə stəkanı üçün 1 xörək qaşığı kifayətdir. Üzərinə süd töküb yaxşıca qarışdırın ki, tam həll olunsun. Hazır ballı qəhvəyə buz parçaları da əlavə edib içə bilərsiniz.