Gürcü Mətbəxinin Qılınc Çörəyi ” Şoti Puri”

Gürcü Mətbəxinin Qılınc Çörəyi " Şoti Puri"

"Şoti Puri"nin tərkibi:

  • 500 qr un
  • yarım çay qaşığı duz
  • 1 çay qaşığı quru maya
  • 1 çay qaşığı şəkər tozu
  • 350 ml su
  • 10 qr zeytun yağı

"Şoti Puri"nin hazırlanma qaydası:

Xəmiri yoğuracağınız qaba un, duz, quru maya və şəkər tozu töküb qarışdırın. Üzərinə suyu hissə-hissə əlavə edib xəmir yoğurun. Xəmiri əllə və ya mikserin xəmir yoğuran başlığıyla yoğura bilərsiniz. Zeytun yağını da xəmirə əlavə edib yumşaq, ələ yapışan xəmir əldə edin. Yoğurduğunuz xəmirin üzərini örtüb mayalanması üçün 1 saat isti yerdə saxlayın. Mayalanan xəmiri 2 yerə ayırıb kündələyin. Xəmir yapışqan olduğu üçün əlinizi yağlayaraq kündələyə bilərsiniz. Kündələrin üzərini mətbəx dəsmalıyla örtüb 5 dəqiqə otaq temperaturunda dincəldin. Kündənin birini unlanmış soba sinisinə uzadaraq yerləşdirin. Sonra bir romb forması yaratmaq üçün çörəyi bir az dartın. Havasının çıxması üçün isə mərkəzində bir deşik açın. Xəmirin orta hissəsinə deşik açmaq vacibdir, əks halda o, qabaracaq. Bu qayda ilə ikinci kündəni də hazırlayıb üzərini mətbəx dəsmalıyla örtün. 10 dəqiqə dincələn xəmiri əvvəlcədən 240-250 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Bişən çörəkləri isti halda mətbəx dəsmalına bükün. Şoti Puri çörəyini isti və ya soyudulmuş şəkildə süfrəyə verə bilərsiniz. Ən dadlı çörək reseptləri Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!
Servings: 1 yield(s)