Həm Görünüşü, Həm də Dadı ilə Qonaqlarınızı Təəccübləndirəcək “Napoleon” Tort-Salatı

Ləziz "Napoleon" salatını hazırlayıb həm görünüşü, həm də dadı ilə qonaqlarınızı təəccübləndirə bilərsiniz. Evdar.az ləziz salatın reseptini təqdim edir.

"Napoleon" Tort-Salatının tərkibi:

  • 10 böyük yarpaq qat-qat xəmir
  • 200 qr toyuq filesi
  • 3 ədəd yumurta
  • 100 qr holland pendiri
  • 2 ədəd yerkökü
  • 4,5 budaq şüyüd
  • yarım paçka göbələk
  • 1 ədəd kiçik soğan
  • kərə yağı
  • xama
  • mayonez
  • duz, istiot

 "Napoleon" Salatının hazırlanma qaydası:

İlk öncə hazır qat-qat xəmiri yayıb üzərini çəngəllə deşilər atın. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada qızarana qədər bişirin. Bişən lavaşların üzərinə diametri 20 sm olan halqa yerləşdirib kəsin. Kənarlarından artıq qalan hissəni də üzəri üçün istifadə edəcəyiniz üçün kənarda saxlayın. Toyuq filesini az duzlu suda bişirin. Yumurtanı və yerkökünü də suda bişirib soyudun. Bişmiş yumurta və yerkökünü sürtgəcdən keçirin. Göbələkləri 2-3 hissəyə doğrayın. Doğranmış soğanı az kərə yağında tavada qovurun. Üzərinə doğranmış göbələyi əlavə edib birlikdə qovurun. Xama və mayonezi bir qabda qarışdırın. Salatı düzəcəyiniz qaba ilk qat üçün bişmiş, dairəvi kəsilmiş qat-qat xəmiri düzüb mayonezli qarışıqdan yaxın. Üzərinə bişib, didilmiş toyuq filesini səpib, duz, istiot vurun.İkinci qat üçün bişmiş qat-qat xəmir, mayonez və sürtgəcdən keçirilmiş yerkökü,doğranmış şüyüd, duz və istiot. Üçüncü qat üçün qat-qat xəmir,mayonez, sürtgəcdən keçirilmiş yumurta, duz və istiot. Dördüncü qat üçün qat-qat xəmir, mayonez, sürtgəcdən keçirilmiş holland pendiri, duz və istiot. Mayonezi lavaşlar yaxca hopsun deyə bir balaca bol edin. Salatın üstünü və kənarlarını mayonezləyin. Kənarlarından qalan xəmiri əllərinizlə ovub  salatın hər tərəfinə yayın. Salatı ən az 3-4 saatlıq soyuducuya yerləşdirin. Üzərini zövqünüzə görə çerri pomidor, reyhan yarpağıyla və ya başqa tərəvəzlərlə bəzəyib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)