İftar Menyusu -3-cü Gün

İftarın 3-cü günü üçün həm ləzzətli, həm də yüngül yeməklərdən ibarət menyu hazırladıq. Evdar.az Ramazanın 3-cü gününə xüsusi iftar menyusunu təqdim edir. SÜDLÜ İSPANAQ ŞORBASI İspanaq min bir dərdə dərman bir tərəvəzdir. Saysız-hesabsız faydası olan ispanaqdan ləzzətli şorba hazırlaya bilərsiniz. Üstəlik südlə şorbanın ləzzətinə ləzzət qatacaqsınız. Dadına doyum olmayan, vitamin deposu südlü ispanaq şorbasını hazırlamaq üçün...(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN) SOBADA QRİL DADINDA TOYUQ Sobada Gril Dadında Toyuq Qril dadında toyuq hazırlamaq üçün qril aparatına və ya manqala ehtiyac yoxdur. Ev şəraitində sobada həm daha asan, həm də daha təmiz şəkildə toyuq qızarda bilərsiniz. Sobada qril dadında toyuq qızartmasını hazırlamaq üçün...(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN) LƏZİZ QİYMƏLİ BRİZOL Pəhrizdə Olanlar Üçün Dietik Yemək “Brizol” Brizol – Fransız mətbəxinin ən dadlı yeməklərindən biridir. İki qatlı, alt hissəsi yumurtalı, üst hissəsi qiyməli yemək pəhrizdə olanlar üçün idealdır. Ləziz qiyməli “Brizol” yeməyini hazırlamaq üçün..(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN) ZÜMRÜD YAĞIŞI SALATI Bu salat dadlı olmaqla yanaşı üzərindəki kivi dilimləri zümrüdlərə bənzəyir. Dadlı və asan hazırlanan Zümrüd yağışı salatını hazırlamaq üçün..(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN) ŞƏKƏRSİZ VƏ YAĞSIZ KARTOŞKA PİROJNASI
Möhtəşəm dietik desert..Uşaqlıqda sevərək yediyimiz “Kartoşka” pirojnasını çəkisinə nəzarət edənlər artıq belə hazırlayıb istifadə edə bilər. Yağsız və şəkərsiz kartoşka pirojnasını hazırlamaq üçün..(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN)
Allah Tutduğunuz Orucu Qəbul Etsin!
Servings: 1 yield(s)