İrəvan Mətbəxinin Əvəlikli Daşma Plovu

Qədim türk yurdu olan İrəvanda yetişən əvəlikdən bir çox yeməklər hazırlanırdı. Bunlardan biri də çəkmə plov və ya əvəlikli İrəvan aşı da adlanan daşma plovdur. Evdar.az əvəlikli daşma plovun reseptini təqdim edir.

İrəvan Mətbəxinin Əvəlikli Daşma Plovun tərkibi:

  • 1 dəstə əvəlik
  • 1 stəkan isti su
  • zövqə görə duz və istiot
  • 8 dilim antrikot
  • 2 ədəd soğan
  • 1 xörək qaşığı kərə yağı
  • 1 çay qaşığı duz
  • 1/2 çay qaşığı sarıkök
  • 1 stəkan bişmiş maş lobya
  • 2 stəkan düyü
  • 1 litr isti su

İrəvan Mətbəxinin Əvəlikli Daşama Plovun hazırlanma qaydası:

İlk öncə əvəliyi 2-3 hissəyə bölüb bir qaba qoyun. Üzərinə 1 stəkan isti su töküb yumşalması üçün kənara qoyun. Antrikot dilimlərinə duz istiot vurub tavada iki tərəfli bişirin. Daha sonra ətləri götürüb tavaya kərə yağı əlavə edin. Soğanı yarımhalqa doğrayıb yağda qovurun. Üzərinə zövqə görə duz, istiot və sarıkök əlavə edib qarışdırın. Yumşalan əvəliyi sudan çıxarıb doğrayın. Doğranmış əvəliyi soğanın üzərinə əlavə edib qovurmağa davam edin. Bişən ət dilimlərini də qazana əlavə edib qarışdırın. Bişmiş maş lobyanı da əlavə edin. Üzərinə 1 litr isti su və yuyulmuş düyü əlavə edin. Ocağı azaldıb 30 dəqiqə bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)