Lənkəran Mətbəxinin Qədim Təamı -Lökü

Lökü- Cənub bölgəmizin unudulmaqda olan ən qədim təamlarından biridir. Lökü iki növ undan bişirilir: düyü unu və ya qarğıdalı unu. Ləziz lökü qədimdə od üzərində bişirilərdi, ancaq ev şəraitində ocaqda tavada və ya sobada bişirə bilərsiniz. Evdar.az ləziz lökünün reseptini təqdim edir.

Lənkəran Mətbəxinin Qədim Təamı -Lökünün tərkibi:

  • 2 ədəd yumurta
  • 2 stəkan (400 qr) süd
  • 400 qr üyüdülmüş düyü və düyü unu
  • 200 qr əridilmiş nehrə yağı və ya kərə yağı
  • 200 qr duzsuz və ya az duzlu şor ( və ya kəsmik)
  • çimdik duz
  • 1 çay qaşığı sarıkök

Lənkəran Mətbəxinin Qədim Təamı -Lökünün hazırlanma qaydası:

Dərin bir qaba bir gün əvvəl yuyulub isladılmış, daha sonra üyüdülmüş düyü və ya hazır düyü ununun üzərinə şəkər tozu, duz, süd, əridilmiş nehrə yağı, sarıkök və yumurta əlavə edib qarışdırın. Bəzi bölgələrdə duzsuz və ya az duzlu şor, kəsmik də əlavə edilir. Üyüdülmüş düyü isə 1-2 saat əvvəl və ya gecədən süddə isladılır. Hazırladığınız duru xəmiri yaxşıca qarışdırıb yağlanmış soba sinisinə töküb yayın. Qədim dövrlərdə üstü örtülü tavada bişirilərdi. Tavanı köz üstünə qoyub, qapağına da yanan köz töküb bişirilirmiş. Ancaq ev şəraitində qapağı bağlı tavada ocaqda bir tərəfini bişirib, daha sonra çevirib digər tərəfini bişirə bilərsiniz. Və ya əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirib süfrəyə verə bilərsiniz. Lökü səhərlər şirin çayla, balla birlikdə süfrəyə verilir. Günün başqa vaxtlarında dovğayla yeyilir. Bəzi bölgələrdə üzərinə kəsmik və bişmiş qiymə əlavə edilib yeyilir. Lənkəranın bəzi kəndlərində bişdikdən sonra üzərinə darçınlı şəkər tozu səpilir. Şəkərsiz bişirdikdə isə bəzi yeməklərin yanında çörək əvəzi süfrəyə verilir.
Nuş Olsun!
Servings: 1 yield(s)