Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli və ətirli olur. Evdar.az ev şəraitində ləzzətli almalı ördək filesinin reseptini təqdim edir. Tərkibi:
  • 1 ədəd ördək filesi
  • 2 xörək qaşığı soya sousu
  • 1 ədəd alma
  • zövqə görə təzə qırmızı mərcanı
  • 1 çimdik duz
  • zövqə görə ədviyyatlar
Hazırlanma qaydası: Ördək filesinin dəri hissəsinin üzərindən iti bir bıçaqla dərin kəsiklər atın. Üzərinə zövqə görə ədviyyatlar səpin və soya sousu da əlavə edin. Əllə filenin hər tərəfinə bulayın və yarım saatlıq kənarda saxlayın. Tez və yaxşı marinə olunması üçün arabir barmaqlarınızla fileni ovun. Sobaya yerləşdirə biləcəyiniz qalın tavanı ocaqda yaxşıca qızdırın. Ördək filesini tavaya dərisi aşağıda qalacaq şəkildə yerləşdirin və 3 dəqiqə boş tavada bişirin. Zəif ocaqda çevirərək digər tərəfini də 3 dəqiqə bişirin. Daha sonra tavanı fileylə birlikdə əvvəlcədən 200 dərəcə qızdırılmış sobaya yerləşdirin. Bişən fileni boşqaba qoyun. Sobadan çıxartdığınız isti tavaya alma dilimlərini düzüb 1 dəqiqə saxlayın. 1 dəqiqədən sonra almaları çevirin və üzərinə mərcanı əlavə edin. Boşqaba dilimlənmiş ördək filesini, alma dilimləri və mərcanını düzün. Zövqə görə üzərinə balzamik sousu töküb göyərtiylə bəzəyin . Dadlı yeməyinizi süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)