Ləziz və Faydalı Yaz Yeməyi: Göbələkli Qulançar
Göbələkli qulançar təzə qulançarın mövsümündə hazırlaya biləcəyiniz faydalı və ləziz bir yaz yeməyidir. Bu yeməyi yalnız makaronla deyil, həm də qaynadılmış kartof və düyü ilə ilə birlikdə qarnir kimi süfrəyə verə bilərsiniz. Evdar.az göbələkli qulançar yeməyinin reseptini təqdim edir.
Ləziz və Faydalı Yaz Yeməyi
Göbələkli Qulançar Yeməyinin tərkibi:
- 200 qr qulançar
- 300 qr şampinyon göbələyi
- 300 qr xama
- 1 stəkan sürtgəcdən keçirilmiş bərk pendir
- 50 qr muskat qozu
- duz, istiot
Göbələkli Qulançar Yeməyinin hazırlanma qaydası:
Qazana təxminən bir stəkan su töküb qaynamağa qoyun. Qaynayan suya duz töküb qarışdırın. Qulançar və göbələyi yuyub doğrayın. Zövqə görə qulançarı bütöv saxlaya bilərsiniz. Su qaynayan kimi qulançarı əlavə edin və bir az yumşaldıqda doğranmış göbələkləri də əlavə edin.
Sousu hazırlamaq üçün xamaya rəndələnmiş muskat qozu, duz və istiot əlavə edib qarışdırın. Yeri gəlmişkən, artıq yaşıl mövsüm olduğundan, xırda doğranmış şüyüd və keşniş də əlavə edə bilərsiniz. Hazırladığınız sousu qaynayan qulançar və göbələyin üzərinə əlavə edib qarışdırın. Zəif odda təxminən 20 dəqiqə qaynadın. Hazır yeməyin üzərinə sürtgəcdən keçirilmiş pendir səpin. Göbələkli qulançar yeməyini üzərini reyhan yarpaqları ilə bəzəyib süfrəyə isti halda verin.
Ən dadlı yemək reseptləri-Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!