Mədə və İmmunitet üçün Faydalı Pərpətöyünlü Şorba

Həm yeməklərdə, həm də salatlarda istifadə olunan pərpətöyünün insan sağlamlığına bir çox faydası var. Mədənin turşu ifrazatını tarazlaşdıran və immuniteti gücləndirən pərpətöyündən asanlıqla şorba hazırlaya bilərsiniz. Evdar.az ləzzətli və faydalı pərpətöyünlü şorbanın reseptini təqdim edir. Tərkibi:
  • 1 stəkan süzmə qatıq
  • 2 diş sarımsaq
  • 1 dəstə pərpətöyün
  • 2 litr su
  • 1 stəkan bişmiş buğda yarması
  • duz
Üzəri üçün:
  • zeytun yağı
  • qırmızı bibər tozu
Hazırlanma qaydası: İlk öncə süzmə qatığı, əzilmiş sarımsağı , duz və suyu bir qabda çırpın. Pərpətöyünü xırda doğrayın və bişirdiyiniz buğda yarmasını da qarışığa əlavə edin. Üzərinə zeytun yağı və qırmızı bibər tozu tökərək soyuq olaraq süfrəyə verin.
Nuş Olsun!
Servings: 1 yield(s)