Meyvəli Salat “Ambrosiya”

Uşaq ad günü menyusuna daxil edəcəyiniz zərif və dadlı meyvəli salat. Bu salat ekzotik dadıyla hətta uşaqların xoşuna gələcək. Evdar.az qonaqlarınızı heyran edəcək meyvəli "Ambrosiya" salatı. Tərkibi:
  • 300 ml şanti krem
  • 300 qr zefir
  • 100 ml vanilli yoqurt
  • 200 qr meyvə qurusu
  • 50 qr kokos
  • 120 qr ananas
  • 120 qr naringi
Hazırlanma qaydası: İlk öncə zefiri xırda doğrayın. Naringini soyub küb şəklində doğrayın. Anasları da kiçik dilimlər şəklində doğrayın. Bir qabda şanti krem və yoqurtu mikserlə çırpın. Salatı qarışdırmaq üçün dərin bir qabda xırda doğranmış meyvə qurusu, ananas, naringi, kokos, zefir və çırpılmış kremi də əlavə edib yaxşıca qarışdırın. Meyvə salatını 15 dəqiqəlik soyuducuya yerləşdirin.
Nuş Olsun!
Servings: 1 yield(s)