Minimum Yağla AirFryer-də Ləzzətli Toyuq Qızartması

Nahara asan yemək hazırlamaq istəyirsinizsə, AirFryer hava fritozunda dadlı toyuq qızarda bilərsiniz. Evdar.az airfryer-də toyuq qızartmasının reseptini təqdim edir.

AirFryer-də Ləzzətli Toyuq Qızartmasının tərkibi:

  • 4 ədəd böyük və ya 8 ədəd kiçik toyuq budu (dərisi üzərində)
  • 1 xörək qaşığı bitki yağı və ya zeytun yağı
  • 1 xörək qaşığı un
  • zövqə görə ədviyyatlar
  • duz, istiot

AirFryer-də Ləzzətli Toyuq Qızartmasının hazırlanma qaydası:

İlk öncə toyuq budlarını yuyub süzün. Suyu çəkilən budları bir qaba qoyub üzərinə yağ əlavə edib qarışdırın. Başqa bir qabda unu ədviyyatlarla qarışdırıb toyuq budlarına əlavə edin. Bu, çox yüngül bir örtük olacaq, lakin daha qalın bir örtüyə üstünlük verirsinizsə, unu və ədviyyatı ikiqat artıra bilərsiniz. Toyuq budlarını aifryerin qabına yerləşdirib 35 dəqiqə bişirmək üçün proqramlaşdırın. Bişən toyuq ətlərini qızartma qabında saxlamayın, əks halda buxar dərini yenidən yumşaldacaq. Airfryer Nədir? Necə İşləyir? daha ətraflı bu məqalədən oxuyun.
Nuş Olsun!
Servings: 1 yield(s)