“Nahara Nə Bişirim?” Düşünənlər Üçün Sobada Yaşıl Bibər Dolması

Yüksək vitamin və mineral tərkibinə malik  yaşıl bibərdən çox ləziz dolma hazırlaya bilərsiniz. Evdar.az nahara hazırlaya biləcəyiniz sobada ləziz yaşıl bibər dolmasının reseptini təqdim edir.

Sobada Yaşıl Bibər Dolmasının tərkibi:

  • 10-12 ədəd orta ölçülü dolmalıq yaşıl bibər
  • 1 ədəd böyük ölçülü soğan
  • 200 qram çəkilmiş mal əti
  • 1 stəkan yumru düyü
  • 1 stəkan bulgur
  • 1 ədəd rəndələnmiş pomidor
  • bir az doğranmış cəfəri
  • yarım çay stəkanı duru yağ
  • 1 xörək qaşığı tomat pastası
  • duz, istiot
  • 2 xörək qaşığı nanə qurusu

Sousu üçün:

  • 1 xörək qaşığı tomat pastası
  • duz, duru yağ və su

Sobada Yaşıl Bibər Dolmasının hazırlanma qaydası:

Bolqar bibərlərinin içini yaxşıca yuyub təmizləyin və diş çubuğu ilə deşiklər açın (içlik sobada yaxşı bişsin deyə). Dolmanın içliyini hazırlamaq üçün bir qaba rəndələnmiş və ya doğranmış soğan, qiymə, yaxşıca yuyulmuş düyü və bulqur, sürtgəcdən keçirilmiş pomidor, xırda doğranmış cəfəri, bitki yağı, ədviyyat və tomat pastası əlavə edib əlinizlə yaxşıca qarışdırın. Təmizlənmiş bibərləri içliklə çox sıxmadan doldurub qapaq yerinə kiçik dilimlənmiş pomidor qoyun. Dolmaları uyğun bir soba qabına düzün. Başqa bir qaba 1 xörək qaşığı tomat pastası, bir az duz, yağ və su töküb yaxşıca qarışdırın. Hazırladığınız sousu dolmaların üzərinə tökün. Yağlı kağızı nəmləndirib dolmaların üzərini örtün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada yumşalana qədər bişirin. Daha sonra kağızı götürüb üstü qızılı rəng alana qədər bişirib sobadan götürün.
Nuş Olsun!
Servings: 1 yield(s)