Payızın Zərif Dadı: Kəsmikli Xurma Deserti
Xurma dadlı və aşağıkalorili payız meyvəsidir. Bu meyvə təkcə bədən quruluşunuz üçün deyil, həm də ürək-damar sisteminiz və ümumi sağlamlığınız üçün faydalıdır. Xurma mövsümü gəldiyi üçün uşaq, pəhriz və ya gündəlik menyu hazırlayarkən əvəzolunmaz olacaq bu sadə desertə mütləq nəzər yetirin. Evdar.az kəsmikli xurma desertinin reseptini təqdim edir.
Payızın Zərif Dadı: Kəsmikli Xurma Deserti
Xurma Desertinin tərkibi:
- 1 paket kəsmik
- 1 ədəd yetişmiş xurma (qabığı soyulmuş)
- bir neçə ədəd tumu çıxarılmış İran xurması
- 1 ədəd banan
- 1 ovuc qoz ləpəsi
Xurma Desertinin hazırlanma qaydası:
Yetişmiş xurmanın qabığını soyub doğrayın. İran xurmalarını tumunu çıxarın. Qoz ləpəsini və bananı xırda doğrayın. Blenderin qabına kəsmik, və İran xurması və doğranmış yetişmiş xurmanını töküb krem konsistensiyanına gələnə qədər qarışdırın. Kəsmik qarışığının bir hissəsini desert qabına töküb yayın. Üzərinə xırda doğranmış qoz ləpəsi və banan səpin. Yenidən kəsmikli qarışığı yayıb üzərini qoz ləpəsiylə bəzəyin. Süfrəyə verməzdən əvvəl bir az soyudun və dadından həzz alın!
Ən dadlı desert reseptləri Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!