Qar Kimi Ağ Rulet

Yapon mətbəxində görüntüsüylə heyran edən "White roll cake" Ağ rulet resepti var. Bu ruletin rəngi qar kimi ağ olduğundan görənlər heyran olur. Evdar.az ağ ruletin reseptini təqdim edir. Tərkibi:
  • 4 ədəd yumurta ağı
  • 70 qr şəkər tozu
  • 30 ml bitki yağı
  • 30 ml süd
  • 70 qr un
Ağ qanaş üçün:
  • 250 ml yağlı qaymaq
  • 50 qr ağ şokolad
Hazırlanma qaydası: İlk öncə qaymağı isidin. Üzərinə xırda doğranmış şokoladları əlavə edib qarışdırın. Ağ qanaşı 1 saatlıq və ya 1 gecəlik soyuducuya yerləşdirin. Soyuducudan çıxartdığınız qanaşı mikserlə yaxşıca çırpın. Üzəri üçün istifadə edəcəyiniz qədər ayırıb konditer torbasına doldurub soyuducuya yerləşdirin. Biskviti hazırlamaq üçün yumurta ağını çimdik duzla və bir neçə damcı limon suyuyla mikserlə yaxşıca çırpın. Ən sonda şəkər tozu əlavə edib beze halına gələnədək çırpın. Başqa bir qabda süd, bitki yağı və ələnmiş unu yaxşıca qarışdırın. Üzərinə çırpılmış yumurta ağının 1/3 hissəsini əlavə edib qarışdırın. Yenidən 1/3 hissəsini də əlavə edib qarışdırın. Qalan kütləni də əlavə edib ehtiyyatla qarışdırın. Xəmiri 25x28 sm olan yağlı kağız sərilmiş soba sinisinə yayın və səliqəyə salın. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 12 dəqiqə bişirin. Bişən biskviti qurumasının qarşısını almaq üçün rulet formasına salıb yağlı kağıza bükün. Biskvitin kənarlarını səliqəyə salın və krem yaxıb rulet formasında bükün.Ruleti yağlı kağıza büküb 1 saatlıq soyuducuya yerləşdirin. Ruletin hər iki uc hissəsini kəsib götürün (səliqəli görünsün deyə). Ruleti servis edəcəyiniz boşqaba yerləşdirib üzərini soyuducuda saxladığını qanaşlı kremlə bəzəyin.
Qeyd: Kremi üçün sadə qaymaqlı krem də edə bilərsiniz. Və ya saytımızda dərc olunan krem reseptlərindən hazırlayıb istifadə edə bilərsiniz. Zövqə görə ruletin orta hissəsinə konservləşdirilmiş albalı, ananas dilimləri düzə bilərsiniz Nuş Olsun!
Servings: 1 yield(s)