Hava Kimi Yüngül Tort Kremi

Yields: 1 Serving

Tortlar və pirojnalar üçün zərif və dadlı krem hazırlaya bilərsiniz. Evdar.az hava kimi yüngül kremin reseptini təqdim edir.

Tərkibi:

  • 3 ədəd yumurta ağı
  • 1 stəkan şəkər tozu
  • çimdik limon duzu
  • 1 çay qaşığı vanil

Hazırlanma qaydası:

İlk öncə yumurtaların sarısını ağından ayırın. Bir qaba yumurta ağı, limon duzu, şəkər tozu və vanil töküb qarışdırın. Daha sonra su hamamında qarışığı dayanmadan köpüklənənədək qarışdırın.Kremi su hamamından götürüb 5 dəqiqə də mikserlə çalın. Hazır kremi soyuducuya yerləşdirin. Bu yüngül və dadlı kremi bütün şirniyyatların bəzədilməsində istifadə edə bilərsiniz.

Nuş Olsun!

4 Rəy

  1. Gözəl görünür etməyə çalışacam. Bir sualım olacaqdı neçə dəqiqə soyuducuda qalmalıdır ?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir