Kərə yağını əridib ilıdın. Bir lay qat-qat xəmiri dəzgahın üzərinə açın və əridilmiş yağla yağlayın.
Üzərinə ikinci lay xəmiri yerləşdirib yenə yağlayın,3-cü layı da eyni qaydayla yağlayın. Yağlanmış 3-cü qata 1/3 stəkan hazırldağınız qozlu içliyi töküb yayın. Xəmiri rulet şəklində bükün.
Qalan xəmirləri də bu qaydayla üst-üstə düzüb rulet formasında bükün. Hazırladığınız rulonları (6 ədəd ) yağlanmış soba sinisinə yerləşdirin.
Xəmirlərin üzərini yağlayıb əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.
Şərbəti hazırlamaq üçün bir qabda su, bal və şəkər tozunu qarışdırıb ocağa qoyun. 10 dəqiqə zəif ocaqda qaynadın. Bişən paxlavanın üzərinə ballı şərbəti tökün və 3 saat kənarda saxlayın.
Hazırladığınız ətirli paxlavanı dilimləyib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!