Ramazanda Tox Tutan Çörək

Çörək süfrələrin əvəzolunmaz ləzzətlərindən biridir. Ev şəraitində bişən çörək həm sağlamlıq baxımından , həm də oruc olarkən iftarda və sahurda tox qalmağınıza köməkçi olacaq. Evdar.az ev şəraitində yumşaq çörəyin reseptini təqdim edir. Tərkibi:
  • 700 qr un
  • 1 dolu çay qaşığı duz
  • 1 xörək qaşığı bitki yağı
  • 1 çimdik şəkər tozu
  • 1 dolu çay qaşığı quru maya
  • 500 ml isti su
Üzəri üçün:
  • yumurta sarısı
Hazırlanma qaydası: Bir qaba un, duz, bitki yağı, şəkər tozu, quru maya və isti suyu töküb yumşaq xəmir yoğurun. Xəmirin üzərini yağlayın və mətbəx dəsmalına büküb isti yerə qoyun. Mayalanan xəmiri soba sinisinə yayıb 20 dəqiqə kənara qoyun. Xəmirin üzərinə yumurta sarısı çəkib istədiyiniz formada bəzəyə bilərsiniz. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin. Bu xəmirdən 2 ədəd çörək çıxır. İsti çörəyi süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)