Restoran Menyularının Ləziz Popkorn Salatı

Restoran menyularında 10-18 manata təklif olunan ləzzətli Popkorn salatını ev şəraitində asanlıqla hazırlaya bilərsiniz. Adı Popkorn salatı olsa da, bu salatın əsas ləzzətini xırtıldayan toyuq filesi təşkil edir. Evdar.az təzə tərəvəz və xüsusi sousla birləşən ləziz Popkorn salatının reseptini təqdim edir.

Restoran Menyularının Ləziz Salatı

Popkorn Salatının tərkibi:

  • 200 qr çerri pomidor
  • 2 dəstə kahı
  • 1 ədəd kərəviz saplağı
Sousu üçün:
  • 2 xörək qaşığı xama
  • 1 xörək qaşığı mayonez
  • 1 xörək qaşığı qatıq
  • 1 çay qaşığı xardal
  • duz, istiot ,pul bibər
Klyar üçün:
  • 4-5 xörək qaşığı un
  • duz, pul bibər
  • apardığı qədər su

Popkorn Salatının hazırlanma qaydası:

Klyarı hazırlamaq üçün bir qabda un, duz, pul bibər və bir az su əlavə edib qarışdırın (klyar duru qaymaq  konsistensiyasında olmalıdır). Toyuq filesini kiçik kub formasında doğrayın və hazırladığınız klyara töküb qarışdırın. Marinad olması üçün 1 saatlıq otaq temperaturunda gözlədin. Sousu hazırlamaq üçün bir qabda xama, mayonez, qatıq, xardal,duz, istiot və pul bibər töküb qarışdırın. Salatı hazırlamaq üçün çerri pomidorunu iki hissəyə bölün. Kərəviz saplağını nazik doğrayın. Yuyulub suyu süzülmüş kahı yarpaqlarını da doğrayın. Bir qabda çerri pomidoru, kərəviz saplağı və kahını töküb qarışdırın. Üzərinə hazırladığınız sousdan əlavə edib qarışdırın. Sousdan bir az üzərinə gəzdirmək üçün kənara ayırın. Marinad olunmuş toyuq filesini una və ya qarğıdalı nişastasına bulayıb bol yağda qızardın. Hazır salatı servis edəcəyiniz boşqaba yayıb üzərinə qızardılmış toyuq filelərini və ayırdığınız sousu gəzdirib süfrəyə verin. Zövqə görə salatın üzərinə suxari də əlavə edə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)