Qat çox incədirsə proseduru təkrarlaya bilərsiniz. Şokoladlı yarpaqları bərkiməsi üçün təmiz bir dəzgahın üzərinə qoyun və ya soyuducuya yerləşdirin. Bərkiyən şokoladları yarpağın sap hissəsindən tutaraq ehtiyyatla çıxarın.
Müxtəlif rəngli şokoladdan istifadə edərək maraqlı bir kompozisiya əldə edə bilərsiniz. Yarpaqlardan bir çiçək əmələ gətirə bilərsiniz. Və ya tortun üzərinə düzərək payız əhval-ruhiyyəsi vermək olar.
