Unu da az-az əlavə edərək eynikütləli xəmir olanadək qarışdırın. Xəmirdən bir uzun dəstəkli qaşıqla götürüb yapışmayan blinçik tavasında bişirin. Eyni qaydayla xəmir qurtaranadək blinçikləri bişirib soyudun.
Kremi hazırlamaq üçün bir qabda şəkər tozu, vanil və qaymağı miskerlə çırpın. Daha sonra kəsmiyi əlavə edib yaxşıca çırpın. Hazır kremi 2 hissəyə bölün. Şokoladı su hamamında və ya mikrodalğalı sobada əridib ayırdığınız kremin bir hissəsinə əlavə edib qarışdırın.
Tort boşqabına bişirib soyutduğunuz blinçikin birini qoyub sadə kəsmikli krem yaxın. Üstünə yenə blinçik yerləşdirib şokoladlı krem yaxın. Bu qayda ilə blinçiklər və krem qurtaranadək üst-üstə düzün.
Üzəri üçün bir qabda parçalara böldüyünüz südlü şokoladı və qaymağı su hamamında qarışdıraraq əridin. Əriyən şokoladı blinçik tortun üstünə töküb hamarlayın ki, şokolad tortun kənarlarından axsın. Üstünə qovrulmuş fındıq səpin (fındıqların üstündən şokolad gəzdirə bilərsiniz). Blinçik tortunu 1 saatlıq soyuducuya yerləşdirin.
Nuş Olsun!