Şokoladlı Mərmər Peçenye

Çayın yanına şokolad dadında və görünüşüylə qonaqlarınızı heyran edəcək peçenye hazırlaya bilərsiniz. Evdar.az şokoladlı mərmər peçenye reseptini təqdim edir.

Şokoladlı Mərmər Peçenyenin tərkibi:

  • 150 qr un
  • 200 qr şəkər kirşanı
  • 60 qr kakao
  • 2 ədəd yumurta
  • 60 qr kərə yağı
  • 8 qr qabartma tozu
  • çimdik duz
  • 2 çay qaşığı vanil
  • bulamaq üçün şəkər kirşanı

Şokoladlı Mərmər Peçenyenin hazırlanma qaydası:

Bir qabda un, duz, şəkər tozu, kakao, şəkər kirşanı, qabartma tozu və vanili ələyib qarışdırın. Yumşaldılmış kərə yağını mikserlə çırpın. Üzərinə yumurta əlavə edib çırpmağa davam edin. Ələnmiş quru qarışıqları az-az xəmirə əlavə edib çırpın. Xəmiri streç salafana büküb yarım saatlıq soyuducuya düzün. Daha sonra xəmirdən kiçik toplar şəklində yuvarlayıb şəkər kirşanına bulayın. Yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 12 dəqiqə bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)