Bir qazanda suyu qaynadın. Qazana təmizlənmiş və yuyulmuş balıq, dəfnə yarpağı, dənə istiot və soğanı əlavə edib 20 dəqiqə qaynadın. Qaynadılmış soğanı və balığı kəfgirlə qazandan götürün və balığın suyunu başqa bir qaba süzün. Qaynadılmış balığın sümüklərini və dərisini təmizləyin və ətini didin. Balıq bulyonunu qazana süzüb yenidən qaynadın. Kiçik doğranmış yerkökü və kartofu da qazana əlavə edib 20 dəqiqə qaynadın. Şorbadan bir stəkan su götürüb unla qarışdırın və yavaş-yavaş yenidən qazana əlavə edin. Daha sonra şorbaya duz, istiot və yarım limon suyunu əlavə edib 5 dəqiqə daha qaynadın. Hazır şorbanı isti halda süfrəyə verin.
Nuş Olsun!