Ürək Formasında Kartof Qızartması

Kartof qızartması sevənlər üçün maraqlı üsul. Evdar.az ürək formasında kartof qızartmasının reseptini təqdim edir. Tərkibi:
  • 6 ədəd kartof
  • 1/4 stəkan zeytun yağı
  • 1-2 diş sarımsaq
  • soğan və sarımsaq tozu
  • holland pendiri və ya parmesan pendiri
  • limon suyu
  • duz, kəklikotu, zirə
Hazırlanma qaydası: İlk öncə kartofların qabığını soyub 1 sm qalınlığında dilimlər kəsin.Kiçik ürək şəklində kəsici qəliblərlə kartof dilimlərinin üzərinə batıraraq ürək formalar əldə edin. Kartofları qaynar suda 3 dəqiqə bişirin, sudan götürün və kağız salfet ilə qurudun. Bir qabın içərisinə zeytun yağı, duz, zirə, kəklikotu və xırda doğranmış sarımsaq əlavə edib qarışdırın. İstəyə görə holland pendiri və ya parmesan pendiri, soğan tozu, sarımsaq tozu, limon suyu əlavə edə bilərsiniz. Soyuyan kartofları bu qarışıqda marinə edin və 5 dəqiqə kənarda saxlayın. Kəfgir köməyi ilə yağlı kağız sərilmiş soba sinisinə kartofları aralıqlarla düzün. Əvvəlcədən 205 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək yandırmadan təxminən 20-25 dəqiqə bişirin. Ürək formasında kartof qızartmasını isti halda süfrəyə verin.
Nuş Olsun!
Servings: 1 yield(s)