Faydalı Faydalı Məsləhətlər

Ev Şəraitində Təbii Sarımsaq Və Soğan Tozu

Mətbəxdə işlərinizi asanlaşdırmaq və yeməklərinizə ləzzət qatmaq üçün soğan və sarımsaq tozu istifadə edirsinizsə özünüz ev şəraitində hazırlaya bilərsiniz.

Soğan tozu, soğan doğramaq üçün vaxt itirmək istəmədikdə ya da yeməkdə soğan sevməyənlər üçün çox rahatdır. Soğan tozunu, soğan əlavə edərək edə biləcəyiniz bütün yeməklərdə istifadə edə bilərsiniz. Hazır satılan soğan tozlarında qatqı maddələri olduğu üçün, bunun əvəzinə evdə təbii soğan tozunuzu özünüz edib ,hər vaxt əlinizin altında saxlaya bilərsiniz.

Evdar.az sarımsaq və soğan tozunun ev şəraitində hazırlanma qaydasını təqdim edir.

İlk öncə soğan və sarımsaqları soyun. Daha sonra soğan və sarımsaqları çox nazik dilimləyin (tərəvəz soyandan istifadə edə bilərsiniz). Soba sinisinə çox incə doğradığınız soğanları, sarımsaqları aralıqlarla düzün. Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 4 saata qədər tamamilə qurudun.

Sobanın istiliyinə və dilimlərinizin nə qədər incə olduğuna bağlı olaraq hər saatda bir nəzarət edib, quruyan parçaları götürün. Tamamilə quru olmalıdır və asanlıqla qırılmalıdırlar.

Sarımsaq və ya soğanlar quruduqdan sonra təmiz bir qəhvəüyüdənlə və ya bir mətbəx robotundan istifadə edərək toz halına gətirin.

İki ədəd soğandan 1/4 fincan soğan tozu, bir baş sarımsaqdan 2-3 xörək qaşığı sarımsaq tozu əldə edilir.

Sarımsaq və soğan tozunu hava keçirməyən bir şüşə qabda saxlayın. Hazırladığınız tozu yeməklərdə və souslarda istifadə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir