Qarpız və qovun dondurması son günlər İnstagram və Tiktok platformalarında böyük populyarlıq qazanan, xüsusilə isti havalarda sərinləmək üçün fərqli və ideal desertdir. Evdar.az rəngarəng görünüşü və fərqli təqdimatı ilə süfrəyə gözəllik qatan qarpız və qovun dondurmasının reseptini təqdim edir.
Yarım bölünmüş qarpız və qovunun tumlarını təmizləyin. Qarpızın orta hissəsindən qaşıqla ovaraq kiçik bir çuxur yaradın. Bölünmüş qarpız və yemişi soyuducunun dondurucu rəfinə yerləşdirib tamamilə dondurun. Donmuş qarpızı soyuducudan götürüb çuxur hissəsinə bir az qaymaq tökün. Qaşıqla qarpızı qaşıyaraq tədricən qaymaqla qarışdırın. İstəyə görə dadlandırıcı (qatılaşdırlmış süd, bal və ya sirop) əlavə edin. Dondurma halına gələnə qədər qarışdırıb dərhal süfrəyə verin. Bu qaydayla qovundan da dondurma hazırlaya bilərsiniz.
Nuş Olsun!