Yeni İl Süfrəsi Üçün Ləziz Qəlyanaltı

Tərkibi:
  • 500 qr qat-qat xəmir
  • 14-18 ədəd südlü sosiska
  • 1 xörək qaşığı günəbaxan yağı
  • 1 ədəd yumurta
Hazırlanma qaydası:
İlk öncə dəzgahın üzərində qat-qat xəmiri yayın. Xəmirdən 10-12 sm enində zolaqlar kəsin.
Hər kolbasanı 3 və ya 4 hissəyə kəsin. Kolbasanın bir hissəsini xəmirə sarın. Kəsdiyiniz bütün xəmirləri sosiskalara sarıyıb yağlanmış ulduz formalı qəlibə yerləşdirin.
Ulduz formalı qəlibiniz yoxdursa 6 ədəd romb şəkilli folqa kağızını qəlibə yerləşdirib ulduz forması edə bilərsiniz. 1 ədəd çırpılmış yumurtanı qəlibə düzülmüş sosiskalı xəmirlərin üzərinə yaxın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Bişirdiyiniz "ulduz" formalı qəlyanaltını süfrəyə pomidor sousuyla verə bilərsiniz. 
Nuş Olsun!
Servings: 1 yield(s)