Zəhmətsiz Nahar Yeməyi: Soba Paketində Toyuqlu Plov

Mətbəxdə daha az səylə daha çox dad axtaranlar soba paketində zəhmət çəkmədən toyuqlu plov hazırlaya bilər. Evdar.az ləziz və zəhmətsiz soba paketində toyuqlu plovun reseptini təqdim edir.

Soba Paketində Toyuqlu Plovun tərkibi:

  • 6 ədəd toyuq budu
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı nanə qurusu
  • 1 çay qaşığı qırmızı bibər tozu
  • 1/2 çay qaşığı istiot
  • 3 diş sarımsaq
  • 4 xörək qaşığı zeytun yağı
  • 1 stəkan düyü
  • 1 stəkan ilıq su

Soba Paketində Toyuqlu Plovun hazırlanma qaydası:

İlk öncə düyünü nişatsası gedənə qədər yaxşıca yuyub süzün. Sarımsaqların qabığını soyun. Soba paketinin içərisinə toyuq budlarını, nanə qurusu, duz, istiot, qırmızı bibər tozu, sarımsaq və zeytun yağını töküb paketi bağlayın. Paketi çalxalayın ki, ətlər ədviyyatlarla qarışsın. Daha sonra paketin içərisinə süzülmüş düyü və ilıq su əlavə edib yaxşıca bağlayın. Toyuqlu soba paketini soba sinisinə yerləşdirin. Əvvəlcədən  180 dərəcə qızdırılmış soba sinisində təxminən 30-40 dəqiqə toyuqlar qızarana qədər bişirin. Bişən yeməyi dəmlənməsi üçün 10 dəqiqə kənarda saxlayın. Daha sonra soba paketini açıb yeməyi servis edəcəyiniz boşqablara bölüşdürün.
Nuş Olsun!
Servings: 1 yield(s)