15 Dəqiqəyə Qəlyanaltı Tortu “Qar qız”

"Yeni il" bayram süfrəsi üçün gözəllik. Cəmi 15 dəqiqəyə dadlı qəlyanaltı tortu hazırlayaraq qonaqlarınızı heyran edə bilərsiniz. Evdar.az 15 dəqiqəyə "Qar qız" qəlyanaltı tortunun reseptini təqdim edir.

15 Dəqiqəyə Qəlyanaltı Tortu "Qar qız"ın tərkibi:

  • 250 qr (8 ədəd) krab çubuqları
  • 3 ədəd yumurta
  • 250 qr bərk pendir
  • 2-3 diş sarmsaq
  • mayonez

15 Dəqiqəyə Qəlyanaltı Tortu "Qar qız"ın hazırlanma qaydası:

İlk öncə yumurtaları suda qaynadın. Qabığını soyub soyutduğunuz yumurtaların sarısını ağından ayırın. Pendiri və yumurta sarısını sürtgəcin xırda gözündən keçirin. Bir qabda sürtgəcdən keçirilmiş pendir və yumurtanın üzərinə sarımsaqəzəndən keçirilmiş sarımsaq əlavə edin. Mayonez də əlavə edib qarışdırın. Krab çubuqlarını açın. Birinci qatı boşqaba sərib üzərinə içlikdən yaxın. Bu qaydayla açılmış krab çubuqları bitənə qədər üst-üstə düzün.Yumurta ağını sürtgəcdən keçirib tortun üzərini və kənarlarını bəzəyin. Krab çubuqlarını rənginə görə açıb düzsəniz (bir tərəfi qırmızı, digər tərəfi ağ) 2 rəngli qəlyanaltı alınacaq. Hazır qəlyanaltı tortu istəsəniz dərhal süfrəyə verə bilərsiniz. Və ya qonaqlar gələnədək soyuducuya yerləşdirə bilərsiniz. Süfrəyə tort kimi və ya dilimləyərək kanape formasında verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)