Airfryer-də 15 Dəqiqəyə Qoğal

Bayram süfrələrinin əvəzolunmazı qoğalı xəmir açmadan, yaymadan, 15 dəqiqəyə airfryer-də bişirə bilərsiniz. Evdar.az qat-qat xəmirdən (milföy) hazırlanan ləziz qoğalın reseptini təqdim edir.

Airfryer-də 15 Dəqiqəyə Qoğal

Qat-Qat Xəmirdən Hazırlanan Qoğalın tərkibi:

  • hazır qat-qat xəmir (milföy)

İçlik üçün:

  • 5 xörək qaşığı un
  • 1 çay qaşığı sarıkök
  • 1 çay qaşığı üyüdülmüş razyana
  • 1/2 çay qaşığı duz
  • 1/2 çay qaşığı istiot
  • yumşaldılmış kərə yağı

Qat-Qat Xəmirdən Qoğalın hazırlanma qaydası:

İçliyi hazırlamaq üçün unun üzərinə sarıkök, üyüdülmüş razyana, sarıkök, duz və istiot töküb qarışdırın. Qarışığı tavaya töküb 3-5 dəqiqə zəif ocaqda qovurun. Qovrulmuş içliyi ocaqdan götürüb üzərinə bıçağın ucunda kərə yağı əlavə edib umac halına gələnə qədər əllə qarışdırın. Milföy xəmirini dəzgahın üzərində açın. Xəmirin üstünə hazırladığınız içliyi səpib yayın. Daha sonra xəmirdən uzun zolaqlar şəklində kəsib bükün. Bükülmüş xəmirlərin üzərindən yüngülcə basın. Qoğal xəmirlərinin üzərinə yumurta sarısı yaxıb çörəkotu səpin. Əvvəlcədən 15-20 dəqiqə qızdırılmış airfryer-ə qoğalları düzün. Qoğalları 200 dərəcə qızdırılmış airfryer-də 15 dəqiqə bişirin. Ən dadlı bayram reseptləri Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!
Servings: 1 yield(s)