Ördəyi yuyun və suyunu süzün. İçəridən və xaricdən duz ilə ovuşdurun. Ördəyin dərisinin hər tərəfindən
çəngəl ilə deşin. Döş ətini
aşağıya doğru çevirərək qızardacağınız qəlibə yerləşdirin. Qəlibə yarım stəkan su tökün və əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 1 saat bişirin. Bişən ördəyin artıq yağını süzün. Ördəyin döş ətini yuxarı çevirin, üzərinə 3 xörək qaşığı sous töküb və yenidən sobaya yerləşdirib 40 dəqiqə daha bişirin.
Bişən ördəyi servis edəcəyiniz boşqaba qoyub üzərinə 2-3 xörək qaşığı sousdan tökün. Üzərini yağlı kağızla örtüb 10 dəqiqə kənarda saxlayın. Süfrəyə verdikdə nar dənələri və göyərtilə bəzəyib verə bilərsiniz. Qalan sousu da sous qabına töküb ördəyin yanında süfrəyə verin.
Əlavə qeyd:
Nar sousunda ördək qızartmasını bişmiş alma, kartof və ya düyü ilə süfrəyə verə bilərsiniz.
Ən dadlı ət yeməkləri
Ən Dadlı Kulinariya Saytında!