Dadına Doyum Olmayan “Göbələk Rəqsi” Salatı

Bayram və ya ziyafət süfrəsi üçün ləziz göbələkli salat hazırlaya bilərsiniz. Evdar.az dadına doyum olmayan "Göbələk rəqsi" salatının reseptini təqdim edir.

Dadına Doyum Olmayan "Göbələk Rəqsi" Salatının tərkibi:

  • 2 ədəd yerkökü
  • 1 ədəd qırmızı soğan
  • 300 qr hinduşka filesi
  • 4 ədəd yumurta
  • 100 qr bərk pendir
  • 150 qr marinə edilmiş göbələk
  • 100 qr mayonez
  • şüyüd, quşüzümü

Marinad üçün:

  • 1 xörək qaşığı alma sirkəsi
  • bir çimdik duz
  • bir çimdik şəkər tozu

Dadına Doyum Olmayan "Göbələk Rəqsi" Salatının hazırlanma qaydası:

İlk öncə yerkökünü, yumurtanı suda bişirib soyudun və sürtgəcdən keçirin. Hinduşka ətini də az duzlu suda yaxşıca bişirib kiçik kub formasında doğrayın və ya didin. Qırmızı soğanı kiçik kub formasında doğrayın. Bir qabda soğanın üzərinə duz, şəkər tozu və sirkə əlavə edib yaxşıca sıxın. Soğanları 5 dəqiqə marinadda saxlayın. Marina olunmuş göbələkləri də doğrayın. Pendiri də sürtgəcdən keçirin. Salatı hazırlamaq üçün ilk öncə servis edəcəyiniz qaba qəlib halqasını yerləşdirib ilk qata sürtgəcdən keçirilmiş yerkökünü yayın, duz səpib mayonez yaxın. İkinci qat olaraq doğranmış hinduşka ətini yayıb duzlayın və mayonez yaxın. Marinad etdiyiniz soğanların suyunu sıxıb üçüncü qat olaraq ətin üzərinə düzüb mayonez yaxın. Dördüncü qat olaraq sürtgəcdən keçirilmiş yumurtanı da düzüb duzlayın və mayonez yaxın. Beşinci qat olaraq doğranmış göbələkləri də yayıb mayonezlə örtün. Ən son qata sürtgəcdən keçirilmiş pendiri də səpib salatı 30 dəqiqəlik soyucuducuya yerləşdirin. Daha sonra qəlib halqasını çıxarıb salatın orta hissəsinə doğranmış şüyüd və quşüzümü  səpin. Salatın kənar hissələrinə göbələk düzərək bəzəyin. Əgər salatı bəyəndinizsə, sosial şəbəkələrdə dostlarınızla paylaşın!
Nuş Olsun!
Servings: 1 yield(s)