Elit Restoranların Sevimli “Waldorf” Salatı

"Waldorf " salatı unikal dada malik ləziz salatlardan biridir. İlk dəfə Nyu-Yorkdakı Waldorf Astoria otelində hazırlanan bu salatın adı da buradan yaranmışdır. Waldorf salatı dadı ilə sizi təəccübləndirəcək. Restoranlarda 1 porsiyası 10-13 manata olan ləziz salatı ev şəraitində hazırlayın. Evdar.az turşməzə Waldorf salatının reseptini təqdim edir.

Elit Restoranların Sevimli "Waldorf" Salatı

"Waldorf" salatının tərkibi:

  • 500 qr toyuq filesi
  • 2 ədəd yaşıl turş alma
  • 250-300 qr qoz ləpəsi
  • 2-3 diş sarımsaq
  • 1 ədəd kiçik ölçülü kərəviz
  • 1 kasa qara üzüm
  • 1 xörək qaşığı limon suyu
  • şüyüd
  • xama
  • mayonez
  • duz, istiot

"Waldorf" salatının hazırlanma qaydası:

İlk öncə üzüm dənələrini iki hissəyə bölüb tumlarını çıxarın. İkiyə bölünmüş üzümləri mətbəx salfetinin üzərini düzün artıq suyu qurusun. Toyuq filesini az duzlu suda bişirib soyudun. Soyuyan toyuq filesini kiçik kub formasında doğrayın. Qoz ləpəsini xırda doğrayın. Şüyüdü yuyub suyunu süzün və xırda doğrayın. Bir qabda xama və mayonezə duz, istiot əlavə edib qarışdırın. Kərəvizi təmizləyib nazik doğrayın və ya sürtgəcdən keçirin (damaq dadınıza uyğun olmazsa kərəviz əlavə etməyə də bilərsiniz). Almaların qabığını soyub kiçik kub formasında doğrayın və dərhal üzərinə limon suyu gəzdirin ki, qaralmasın. Salatı hazırlayacağınız qaba doğranmış toyuq filesi, üzüm dənələri, qoz ləpəsi, şüyüd, rəndələnmiş sarımsağı,doğranmış almaları, kərəvizi və xama-mayonez qarışığını əlavə edib qarışdırın. Hazır salatı süfrəyə verə bilərsiniz. Ən dadlı salat reseptləri Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!
Servings: 1 yield(s)