Doyumlu və ləziz isti salatı hazırlayaraq ailə üzvlərinizi heyran edə bilərsiniz. Evdar.az bir dəfə hazırladıqdan sonra tez-tez etmək istəyəcəyiniz isti salatın reseptini təqdim edir.
Ən Ləzzətli İsti Salat
İsti salatın tərkibi:
200 qr mal əti
200 qr şampinyon göbələyi
2 ədəd pomidor
2 ədəd xiyar
1 ədəd qırmızı bolqar bibəri
1 ədəd sarı bolqar bibəri
ağ küncüt toxumu
bir neçə budaq keşniş və yaşıl soğan
nar sousu və ya nar şərabı
zeytun yağı
limon suyu
zövqə görə duz, istiot
1-2 diş sarımsaq
Ən Ləzzətli İsti Salatın hazırlanma qaydası:
İlk öncə mal ətini suda bişirin. Bişən əti kiçik doğrayın və zeytun yağında yüngül qovurun. Pomidoru və xiyarı yarım halqa formasında doğrayın. Bolqar bibərlərini uzunsov doğrayın. Yuyulub suyu süzülmüş göyərtiləri xırda doğrayın. Sarımsağı sarımsaqəzəndən keçirin. Göbələyi də yarımhalqa doğrayıb az zeytun yağında bişirin. Salatı hazırlayacağınız qaba qovrulmuş mal ətini, doğranmış pomidor, xiyar, bolqar bibərləri, göyərti, sarımsaq, qovrulmuş göbələk, limon suyu, nar sousu və ya nar şərab, duz, istiot və isidilmiş zeytun yağını da əlavə edib qarışdırın. Salatın üzərinə ağ küncüt toxumu səpib süfrəyə verin.