Bir qazanda su qaynadın. Qaynayan suya brokoliləri salıb 2-3 dəqiqə bişirib sudan çıxarın. İspanaqları da qaynayan suya 1 dəqiqəlik salıb çıxarın. Az bişmiş tərəvəzlərin süzgəcdə suyunu süzün və bir az soyuması üçün kənara qoyun. Blenderin qabına suyu süzülüb soyuyan brokoli, ispanaq yarpaqları və yumurtanı əlavə edib orta sürətdə qarışdırın (kütləni püre halına salmayın, içərisində kiçik parçalar qalmalıdır). Dərin bir qabda yumurtalı qarışığın üzərinə un, zövqə görə ədviyyatlar əlavə edib qarışdırım. Qarışıqdan götürüb əlinizi nəmləndirərək kotletlər hazırlayın. Hazır kotletləri yağda iki tərəfli qızardın.
Nuş Olsun!