Hinduşka əti deyildikdə ilk ağıla Yeni il bayramı gəlir. Yeni il süfrəsində hinduşka ətinin olması artıq ənənə halını alıb. Ləzzətli dada malik və faydalı qida olan hinduşka əti həmçinin vitamin və minerallarla zəngindir. Hinduşka ətindən ləziz rulet, sobada qızartma, kabab, ədviyyatlı bud qızartması hazırlayaraq süfrələrinizə rəng qata bilərsiniz. Bundan əlavə hinduşka ətini dadlı qovurma kimi də hazırlayıb süfrənizə təqdim edə bilərsiniz.
Evdar.az hinduşka ətindən şirəli qovurma reseptini təqdim edir.