Tablacı -kababçı salatı kimi tanınan, əsasən kababların yanında süfrəyə verilən ləziz salatdır. Bu salat turşməzə
dadı ilə yağlı kababların ağırlığını götürmək və dadını ikiqat artırmaq üçün idealdır.
Evdar.az kababların yanına yaraşan ləziz Tablacı salatının reseptini təqdim edir.
Soğanı yarımhalqa formasında nazik doğrayın. Salatı hazırlayacağınız qaba doğranmış soğanı töküb üzərinə sumaq əlavə edib qarışdırın. Yuyulub suyu süzülmüş cəfərini xırda doğrayıb soğana əlavə edin. Pomidoru da kiçik kub formasında doğrayıb əlavə edin. Şirin bibər tozu, duz, zeytun yağı və narşərab sousu da əlavə edib qarışdırın. Hazır salatı kababların yanına süfrəyə verin.