Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Novruzun gəlişi evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar. Evdar.az Novruz bayramının milli şirniyyatlarının reseptlərini təqdim edir.