Sovet Dövrünün “General” Salatı
Sovet dövründə heç bir bayram bu salatsız tamamlanmırdı. "General" salatı xüsusilə kişilərin sevdiyi möhtəşəm vitaminli qəlyanaltıdır. Evdar.az ləziz, doyurucu və asan hazırlanan salatın reseptini təqdim edir.
Sovet Dövrünün "General" Salatı
"General" Salatının tərkibi:
- 250 qr toyuq filesi (və ya hisə verilmiş toyuq filesi)
- 70 qr mayonez
- 100 qr bərk pendir
- 3 ədəd yumurta
- 150 qr yerkökü
- 150 qr çuğundur
- 20 qr şüyüd
- 80 qr qoz ləpəsi
"General" Salatının hazırlanma qaydası:
Bir qabda yumurta, çuğundur və yerkökünü suda bişirin. Toyuq filesini az duzlu suda bişirin. Və ya hisə verilmiş toyuq filesindən istifadə edə bilərsiniz. Bişmiş toyuq filesini kiçik kub formasında doğrayın. Bərk pendir, bişmiş yumurta, yerkökü və çuğunduru sürtgəcin xırda gözündən keçirin. Şüyüdü xırda doğrayın. Qoz ləpəsini də xırdalayın. Dəmir tort halqasını boşqabın üstünə yerləşdirin. İlk öncə doğranmış toyuq filesini düzüb üzərinə mayonez yaxın. Sırayla sürtgəcdən keçirilmiş pendir və mayonez, yumurta və mayonez, yerkökü və mayonez, çuğundur səpin və mayonez yaxın. Salatın üzərinə doğranmış şüyüd səpin. Kənarlarını yaşıl saxlamaq üçün doğranmış qoz ləpəsini salatın yalnız orta hissəsinə səpin. Salatı bir neçə saatlıq soyuducuya yerləşdirin. Daha sonra dəmir halqanı çıxarıb salatı süfrəyə verin.
Nuş Olsun!