Uşaq Ad Günü Üçün Yerkökü Salatı

Belə bir maraqlı salat hər bir uşağı sevindirəcək. Buna görə, uşağınızın ad günü üçün əla bir seçim olacaqdır. Və ya salatların orijinal təqdimatını sevirsinizsə, onda bu yerkökü salatını da bəyənəcəksiniz. Evdar.az narıncı örtüklü dadı və rəngi ilə uşaqlarınızı sevindirəcək salatın reseptini təqdim edir.
Tərkibi:
  • 200 qr toyuq filesi
  • 300 qr kartof
  • 300 qr göbələk
  • 2 ədəd yumurta
  • 150 qr soğan
  • zövqə görə duz, mayonez
  • 1 dəstə şüyüd
  • bitki yağı
Hazırlanma qaydası: İlk öncə kartof, yerkökü və yumurtanı suda bişirin. Toyuq filesini də az duzlu suda bişirin. Tərəvəzləri təmizləyib soyudun. Göbələk və soğanı xırda doğrayın. Tavaya azca bitki yağı töküb soğanı qovurun. Üzərinə doğranmış göbələyi də əlavə edib bişirin. Duz səpib bir neçə dəqiqə silikon qaşıqla arabir qarışdıraraq qovurun. Kartof, yerkökü və yumurtanı rəndənin xırda gözündən keçirin. Bişmiş, soyumuş toyuq filesini xırda doğrayın. Salatı hazırlayacağınız böyük ölçülü boşqaba kartofu yayın. Yerkökü formasında yayıb mayonez yaxın. Daha sonra qovrulmuş göbələkli soğanı da yayın. Toyuq filesi düzüb yenə mayonez yaxın. Toyuq filesinin üzərindən rəndələnmiş yumurtanı düzün. Azca mayonez yaxıb ən sonda rəndələnmiş yerkökübü hər tərəfinə yayın. Yerkökü formasını alan salatın yaşıl hissəsi üçün şüyüdlə bəzəyin.
Nuş Olsun!
Servings: 1 yield(s)