Bayram Süfrəsi Üçün Xrizantema Salatı

Bayram süfrəsi üçün hazırlanan Xrizantema salatının adı çiçəyə bənzəyən görünüşünə görə verilib. Çiçək ləçəklərini çox orijinal görünən kartof çipsləriylə hazırlaya bilərsiniz. Evdar.az bayram süfrəsi üçün xrizantema salatının reseptini təqdim edir.

Bayram Süfrəsi Üçün Xrizantema Salatı

Xrizantema salatının tərkibi:

  • 250 qr hisə verilmiş toyuq filesi ( və ya suda bişmiş toyuq filesi)
  • 4 ədəd yumurta
  • 150 qr konservləşdirilmiş qarğıdalı dənəsi
  • 100 qr marinə edilmiş şampinyon göbələyi
  • 50 qr kartof çipsi
  • 140 qr mayonez

Xrizantema salatının hazırlanma qaydası:

İlk öncə hisə verilmiş toyuq filesini və ya az duzlu suda bişirilmiş toyuq filesini kub formasında doğrayın. Marinə edilmiş göbələkləri nazik halqalar formasında doğrayın. Yumurtaları suda bişirib qabığını soyun. Soyuyan yumurtaların ağırını sarısından ayırın. Sarısını və ağını sürtgəcdən keçirin. Salatı servis edəcəyiniz   boşqaba alt qata doğranmış toyuq filesini yayın və üzərinə mayonez yaxın. İkinci qata doğranmış göbələkləri də düzüb mayonez yaxın. Üçüncü qata süzülmüş qarğıdalı dənəsini də düzüb mayonez yaxın. Daha sonra sürtgəcdən keçirilmiş yumurta ağını da yayıb üzərinə mayonez yaxın. Ən üst qata yumurta sarısını da hər tərəfli yayın. Kartof çipslərini də xrizantemanın çiçəyi kimi hər tərəfinə düzün. Hazırladığınız salatı 1 saatlıq soyuducuya yerləşdirin. Ən dadlı salat reseptləri Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!
Servings: 1 yield(s)