Bayram Süfrəsinə Quzu Qabırğalı Döşəmə Plov

Bayram süfrələrinin ənənəvi və əvəzolunmaz təamı plovu quzu qabırğasının ləzzəti ilə birləşdirərək unudulmaz bir ziyafətə çevirə bilərsiniz. Evdar.az bayram süfrəsinə möhtəşəm bir dad və dəbdəbə qatan quzu qabırğa ilə döşəmə plovun reseptini təqdim edir.

Bayram Süfrəsinə Quzu Qabırğalı Döşəmə Plov

Quzu Qabırğalı Döşəmə Plovun tərkibi:

  • 1 kq quzu qabırğa
  • 2 kq soğan
  • 0,5 çay qaşığı kəklikotu
  • 1 xörək qaşığı nar turşusu
  • 1 xörək qaşığı palçıq turşusu (alça və ya zoğal )
  • duz, istiot, sarıkök
  • 3 xörək qaşığı duru yağ
Plov üçün:
  • 4 stəkan düyü
  • 100 qr kərə yağı
  • 100 ml su
  • sarıkök
Üzəri üçün:
  • üzüm qurusu
  • kərə yağı

Quzu Qabırğalı Döşəmə Plovun hazırlanma qaydası:

Əti marinad etmək üçün quzu qabırğasının üzərinə yarım halqa doğranmış soğan, nar turşusu, palçıq turşusu, duz, istiot, sarıkök, kəklikotu və duru yağ əlavə edib qarışdırın. Üzərinə streç salafan örtüb 2-3 saatlıq marinad olması üçün soyuducuya yerləşdirin. Plovu hazırlamaq üçün duzlu suda gözlətdiyiniz düyünü yuyub süzün. Qaynayan duzlu suda düyünü qaynadıb yarımbişmiş halda götürüb süzün. Plovu hazırlayacağınız qazanın dibinə marinad etdiyiniz quzu qabırğalarını düzün. Üzərinə süzülmüş düyünü töküb sarıkök səpin. Taxta qaşığın arxa hissəsiylə plovun üzərində dəliklər açın. Açdığınız dəliklərə kərə yağı qoyun. Üzərinə 100 ml su töküb dəmə qoyun. Üzəri üçün kiçik bir tavada üzüm qurusunu yağda bişirin. Hazır plovun üzərinə bişən quzu qabırğalarını düzüb, yanında yağda bişmiş üzüm qurusuyla birgə süfrəyə verin. Ən dadlı plov reseptləri-Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!
Servings: 1 yield(s)