Səhər yeməyi üçün faydalı və dadlı sıyıq.
Evdar.az balqabaqlı südlü düyü sıyığının reseptini təqdim edir.
Tərkibi:
- 400 qr balqabaq
- 400 ml su
- 2 litr süd
- 1,5 stəkan yumru düyü
- 6 xörək qaşığı şəkər tozu
- 50 qr kərə yağı
- zövqə görə duz, darçın tozu
Hazırlanma qaydası:
Balqabağın qabığını soyub doğrayın. Qazana su doldurub qaynadın,üzərinə balqabağı töküb yumşalana qədər bişirin. Yumşalmış balqabağı elə qazandaca blenderlə püre halına gələnədək əzin. Balqabaq pürsinin üzərinə süd əlavə edib qaynamağa qoyun. Düyünü yuyun və qaynayan südə əlavə edin. Zövqə görə duz əlavə edib zəif ocaqda düyüsü bişənə qədər 45-50 dəqiqə bişirin. Bişən sıyığa şəkər tozu və kərə yağı əlavə edib qarışdırın. 5 dəqiqə bişirib ocağı söndürün. Ocaqdan götürdüyünüz qazanı isti bir parçaya büküb 1 saat kənarda saxlayın. Bişmiş düyü sıyığını boşqaba töküb üzərinə darçın tozu səpib süfrəyə verin.
Təbiətin rəngi sarıya çevrildikcə balqabaq mövsümü açıldı. Şorbalardan şirniyyatlara, içkilərdən bəzəklərə qədər bir çox formada gələn balqabaq lif baxımından olduqca zəngin bir qidadır.
Evdar.az mükəmməl bir qış ləzzəti olan balqabağın ən gözəl və klassik forması olan
bişmiş balqabaq desertinin reseptini təqdim edir.
Sobada Bişmiş Balqabaq Desertinin tərkibi:
- 1 kq qabığı soyulmuş, uzun dilimlənmiş balqabaq
- 1,5 stəkan şəkər tozu
Üzəri üçün:
- 1 stəkan tahin pastası (küncüt pastası)
- 2 stəkan iri doğranmış fındıq ləpəsi
Sobada Bişmiş Balqabaq Desertinin hazırlanma qaydası:
İlk öncə bir balqabağın qabığı soyub uzun dilim formasında doğrayın. Geniş bir qaba balqabaq dilimlərini düzüb üzərinə şəkər tozu əlavə edin. Qabın üzərini streç salafanla örtüb ən az üç saat və ya bir gecə saxlayın. Şəkərli balqabaqları soba sinisinə yerləşdirib əvvəlcədən 175 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Balqabaqları çevirib daha 20 dəqiqə bişirin. Bişən balqabaqları sobadan götürüb otaq temperaturunda soyudun. Üzərinə tahin və iri doğranmış fındıq ləpəsi səpib süfrəyə verə bilərsiniz. Bişmiş balqabaq desertini zövqə görə qoz ləpəsi, badam ləpəsiylə bəzəyib dondurma ilə süfrəyə verə bilərsiniz.
Vacib qeyd:
Balqabağı mütləq ən azı 1 gecə əvvəl şəkər tozuyla eyni qazanda saxlamalısınız. Bişirərkən su əlavə etməyin, çünki balqabaq öz şirəsini buraxacaq.
Balqabaq mövsümündə balqabaqdan keks bişirə bilərsiniz. İnanılmaz dərəcədə zərif, ağızda əriyən balqabaqlı mərmər keksin xarakterik balqabaq dadı və qoxusu yoxdur. Belə bir keks hər hansı bir çay süfrəsinin sevimlisinə çevriləcəkdir.
Evdar.az balqabaqlı mərmər keksin reseptini təqdim edir.
Tərkibi:
Balqabaqlı qat üçün:
- 2 ədəd yumurta
- 150 qr şəkər tozu
- 10 qr vanil
- 100 ml bitki yağı
- 300 qr balqabaq püresi
- 2 xörək qaşığı limon qabığı rəndəsi
- 250 qr un
- 10 qr qabartma tozu
- bir çimdik duz
Şokoladlı qat üçün:
- 2 ədəd yumurta
- 150 qr şəkər tozu
- 10 qram vanil
- 100 ml bitki yağı
- 250 ml kefir
- 200 qr un
- 50 qr kakao
- 10 qr qabartma tozu
Hazırlanma qaydası:
Balqabaqlı xəmiri hazırlamaq üçün bir qabda yumurta, şəkər tozu və vanili yaxşıca çırpın. Bitki yağı, limon qabığı, balqabaq püresi əlavə edib qarışdırın.
Qeyd: balqabağı sürtgəcdən keçirib, blenderlə pürə halına gətirin. Balqabaqlı kütlənin üzərinə un və qabartma tozu əlavə edib yaxşıca qarışıdrın.
Şokoladlı xəmiri hazırlamaq üçün bir qabda yumurta, şəkər tozu və vanili yaxşıca çırpın. Üzərinə bitki yağı və kefir əlavə edib qarışdırın. Bir qabda una kakao, qabartma tozu əlavə edib qarışdırın. Kefir kütləsini quru qarışıqla birləşdirib yaxşıca qarışdırın. Diamteri 22 sm olan kənarları açılan formanı kərə yağıyla yağlayıb unlayın. Balqabaqlı və şokoladlı xəmirdən qaşıq-qaşıq üst-üstə töküb formanı doldurun. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 1 saat 30 dəqiqəlik bişirin. Keksin bişməyini uzun çöp şişlə yoxlaya bilərsiniz. Bişən keksi soyudun və üzərini zövqə görə qlazur yaxıb və ya şəkər kirşanı səpə bilərsiniz.
Sadə məhsullardan hazırlanan ləzzətli və faydalı balqabaq marmeladı. Soyuq fəsildə şirniyyat əvəzinə, faydalı marmelad hazırlaya bilərsiniz.
Evdar.az sadə məhsullarla hazırlanan və çox vaxt aparmayan
marmeladın reseptini təqdim edir.
Tərkibi:
- 500 qr soyulmuş balqabaq
- 1 ədəd portağal (təxminən 250 qr )
- 1 stəkan (250 qr şəkər tozu)
- 40 qr jelatin
Hazırlanma qaydası:
İlk öncə balqabağın qabığını soyun. Portağalın şirəsini sıxın və qabığını kənarda saxlsayın. Bir qabda portağal qabığı, soyulmuş balqabaq, şəkər tozu və portağal şirəsini töküb orta ocaqda 15 dəqiqə balqabaq yumşalanadək bişirin. Daha sonra portağal qabığını çıxarın. Ocaqdan götürün və üzərinə jelatin əlavə edin. Kütləni birbaşa qabda blenderlə əzin və yaranan köpüyü götürün. Streç salafan sərilmiş dördbucaqlı formaya kütləni tökün və soyuducuya yerləşdirin. Tamamilə bərkiməsini gözləyin. Bərkiyən marmeladın üzərinə şəkər tozu səpin və dəzgahın üstünə çevirin. Streç salafanı çıxarıb kiçik hissələrə kəsin. Bu desertin zəngin bir balqabaq və portağal şirəsi ləzzəti, bir az turş dadı və parlaq bir qoxusu var.