bir qabda un, qatıq və yumurtanı qarışdırın. Üzərinə bir az qaynadılmış düyü, bir çimdik duz və sarıkök əlavə edib qarışdırın. Qızdırılmış qazana yağ töküb isidin. Hazırladığınız qazmağı qazanın dibinə yayın. Qazmağın üzərinə qurudulmuş nar dənələri səpin. Yarıya bölünmüş cücəni duz və istiotla ovuşdurun. Cücəni qazmağın üzərinə düzün. Narşərabından 1 xörək qaşığı ətlərə yaxın. Təmizlənmiş, şabalıdları da səpin. Daha sonra bişib süzülmüş düyünü qazana əlavə edin. Dəmlənmiş zəfəran da gəzdirməyi unutmayın- bu plova gözəl qızılı rəng verəcəkdir. Qazanın qapağını təmiz mətbəx dəsmalıyla və ya folqa kağızıyla örtüb dəmə qoyun.
Faydalı və Dadlı Narlı Çuğundur Salatının tərkibi:
- 2 ədəd çuğundur
- 1 ədəd toyuq filesi
- 100 qr qoz ləpəsi
- 1-2 ədəd nar
- yarım dəstə göy soğan
- 1 diş sarımsaq
- duz, istiot
- mayonez
Faydalı və Dadlı Narlı Çuğundur Salatının hazrlanma qaydası:
İlk öncə narı dənələyin. Çuğunduru suda bişirin. Toyuq filesini də az duzlu suda bişirib didin. Bişib soyuyan çuğunduru kiçik kub formasında doğrayın. Qoz ləpəsini xırdalayın. Yarım dəstə göy soğanı doğrayın, sarımsağı sarımsaqəzəndən keçirin.Bir qabda bişib doğranmış çuğundur, didilmiş toyuq filesi, xırdalanmış qoz ləpəsi, doğranmış göy soğan, əzilmiş sarımsaq, nar dənələri, duz, istiot və mayonez töküb yaxşıca qarışdırın. Əgər mayonezli salat yemirsinizsə mayonezi xama və xardal qarışığı ilə əvəz edə bilərsiniz.
Nar Suyunda Bişmiş Heyva Desertinin hazırlanma qaydası:
İlk öncə almaların qabığını soyub sürtgəcdən keçirin. Bir tavaya sürtgəcdən keçirilmiş almanı töküb üzərinə şəkər tozu əlavə edib ocağa qoyun. Üzərinə darçın tozu əlavə edib ocaqdan götürün. Heyvanın qabığını soyub ortadan ikiyə bölün. İç hissəsini kəsib götürün. Heyvaları qazana qoyub üzərinə 2 ədəd narın suyunu əlavə edib yumşalana qədər bişirin. Bişirdikdən sonra heyvaları soba sinisinə qoyun, bişmiş alma püresi ilə doldurun. Kənarlarına mixəkləri batırın. Üzərinə bir az bişən suyundan səpib folqa ilə örtün və sobada bişirin. Qalan nar şirəsini qatılaşana qədər qaynadın və qatı mürəbbə konsistensiyasına gətirin. Nar şirəsində bişmiş almalı heyva desertini süfrəyə verdikdə üzərinə qaymaq əlavə edin. Nar sousu, nar dənəsi və antep fıstığı ilə bəzəyib nuş edin.
Əlavə qeyd:
- Heyvalar bişirildikdə hər tərəfi bərabər bişirilməlidir, əks halda desertinizin bir az fərqli dadı olacaq.
- Heyvanın tumları düzgün şəkildə çıxarılmalı, içi düzgün təmizlənməlidir.
- Heyva desertində ümumiyyətlə mixək ətri hiss olunur, bunun üçün reseptinizə diqqət edərək hazırlamalısınız.
- Heyva çox turş olarsa, şəkərin miqdarı buna uyğun tənzimlənməlidir.
- Heyva və digər meyvəli desertlər soyuq şəkildə verilir.