Mətbəxdə istifadə olunan demək olar ki, bütün qazan və tavaların istehsalçı tərəfindən təchiz olunmuş öz qapaqları var. Ancaq dəstdə bir qapaq olması əsla onu həmişə istifadə etməlisiniz demək deyil. Evdar.az evdar xanımlar üçün hansı yeməkləri bişirdikdə qapaqdan istifadə etməmək haqqında tövsiyyələri təqdim edir.
Yemək bişirdikdə artıq mayenin buxarlanmasına və bununla da yeməyin dadının daha zəngin olması, konsistensiyasını tutmaq üçün vacib olan qapaq örtməməkdir. Borş bişirmək, şərab souslarını buxarlamaq, toyuq bulyonu hazırlamaq – bunların hamısını qapaqsız etmək vacibdir. Uzun müddət qaynadılan yeməklər istisnadır.
Mayenin buxarlanması kimi bir addımı əhatə edən sousların hazırlanmasında qapaqdan istifadə etməyin. Bir qayda olaraq, bunlar şərabla hazırlanan müxtəlif souslar və makaron üçün pomidor souslarıdır.
Ət, quş əti və balığı qabıq olana qədər qapaqsız qızardın. Buraya hər növ steyklər, toyuq və ördək filesi, balıq steyk və filesi, krevetka, kalmar və s. qızartması daxildir. Və suxariyə bulanmış kotletləri də qızartdıqda tavaya qapaq örtülməməlidir. Tavanin üstünə bir qapaq qoysanız, qabıq yumşalacaq və məhsul şirə buraxacaq. Buna görə də, məhsulu bir qabda tamamilə qızartmaq mümkün deyilsə, onu sobada hazır vəziyyətə gətirmək daha yaxşıdır.
Bəs qapaq nə vaxt örtlüməlidir?
Burada hər şey sadədir. Rütubətin (nəmin) qabda daha uzun qalması (məsələn, uzun müddət sərt ət bişirdikdə) və ya məhsula hopub atmosferə getməməsi vacib olduqda qazanın qapağını örtün.