Faydalı Maraqlı Xəbərlər

Gələcəkdə Nə Yeyəcəyik? İnək Südü Əvəzinə Zürafə Südü..

Artan əhalinin qida qaynaqlarını sürətlə istifadə etməsi, elm insanlarını yeni qida mənbəyi axtarışına istiqamətləndirir. Daha sağlam və orqanizmə daha çox zülal təmin edən bu fərqli mənbələr sayəsində qidalanma sistemləri də dəyişir. Evdar.az gələcəkdə bizləri gözləyən qidalar haqqında məlumatı təqdim edir.

Süni Ətlər

Heyvanlardan əldə edilən ətin yerini yaxın gələcəkdə süni ətlər alacaq. Laboratoriya şəraitində istehsal olan bu ətlər hələlik baha olsa da, sonrakı dövrlərdə daha münasib qiymətlərə satılacaq. Süni ətlər xüsusilə veganlar üçün ecazkar bir variantdır, çünki bu ətin istehsalında heyvanlar ölmür.

Sintetik Süd

Bio mühəndislərin yeni kəşfi olan sintetik süd ilə heyvanların fermalarda pis şəraitdə saxlanmasının qarşısına keçilməsi planlaşdırılır. Üzvi süddəki bütün vitamin və zülalları sintetik süddən əldə etmək də mümkün olacaq.

Zürafə Südü

Qulağa qəribə gəlsə də zürafə südü yeni nəsil içkilərin ən başda olanıdır. İnək südünə görə daha çox keyfiyyətli və qidalandırıcı olan zürafə südü yaxın zamanda yeməklərimizə gəlməyə hazırlaşır. Sağlam yağ və B12 vitamini ilə zəngini olan bu süd, yeni yemək mənbəyimizdir.

Soylent

Soylent, son illərdə ABŞ-da qida möhkəmlətməsi olaraq çox geniş istifadə edilir. Sağlam bir fərdin gündəlik ərzaq ehtiyaclarının hamısını qarşılayan soylent bir qida mühəndisi tərəfindən yaradılıb. Bu qida möhkəmlətməsi həyatı asanlaşdırmaq üçün idealdır.

Yosun

Yeni qida maddələri arasında göstərilən yosun, artıq dənizlərdən qidalanma məqsədli olaraq toplanmağa başlayıb. Tərəvəz niyyətinə istifadə edilməsi planlaşdırılan yosunlar ilə dəniz məhsullarına yeni üzv əlavə edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir