Həftəsonlarının ən sevilən məşğuliyyəti manqal yandırmaqdır. Eyvanda, bağçada və ya tapdığınız ən uyğun açıq sahədə manqal yandıraraq sevdikləriniz üçün dadlı ətlər bişirə bilərsiniz. Ləzzətli bir manqal hazırlamaq üçün ətin dadı və keyfiyyəti olduqca əhəmiyyətlidir. Evdar.az manqal ziyafəti üçün ətin hazırlanmasına dair tövsiyyələri təqdim edir.
Ət Seçimini Düzgün Edin
Əgər dana əti sevirsinizsə bonfile, ya da antrikot manqalda ləzzətli olacaq. Quzu əti kimi daha yumşaq bir ət növü üçün isə quzunun qabırğasından alınan nazik pirzola sizin üçün doğru seçimdir.
Əti Marinə Edin
Manqalda bişiriləcək ətin dadını və konsistensiyanı tutması marinə prosesi ilə bağlıdır. Bunun üçün müxtəlif marinə reseptləri tətbiq edilə bilər. Marinə prosesində sousun qədərini yaxşı nizamlamaq da çox əhəmiyyətlidir. Nə artıq sous ilə konsistensiyanı pozun, nə də az sous ilə arzu etdiyiniz daddan məhrum olun.
Əti “Möhürləmə” Edərkən Sulu Buraxın
Bir manqal ziyafəti üçün ət hazırlığındakı vacib nöqtələrdən biri də ətin “möhürlənmə” prosesidir. Ətin quru olmaması və konsistensiyanı tutub dadını gözəlləşdirilməsi üçün ət bir az sulu qalmalıdır. Bu şəkildə həm konsistensiya, həm də dadın ən ideal halı əldə edilir.
Ətin Qalınlığı Yaxşı Nizamlanmalıdır
Bəzi ətlər daha yaxşı bişməsi üşün uyğun qalınlıqda olmalıdır. Yəni ət nə çox incə olmalıdır, nə də çox qalın doğranılmalıdır. Buna görə də ideal qalınlıqda olan ətin daha yaxşı bişdiyini görə bilərsiniz.
Ətin Düzgün Temperaturda Saxlanılması
Daha çox bir gün əvvəl hazırlanan manqal ətlərini düzgün saxlanılması vacibdir. Buna görə də mühit şəraitinin stabil, hava temperaturunun aşağı olmasına diqqət edin. Beləliklə həm ətin xarab olmasının qarşısını alarsınız, həm də ətin dadını və konsistensiyanı qorumuş olarsınız.
Dadlı kabablar hazırlamaq üçün bu bölməmizdəki kabab reseptlərindən istifadə edə bilərsiniz.